AZ

"Efirin pulu yoxdursa, kanal "kanalizassiya" olmalıdır?"-Murad Arif

Bəstəkar və müğənni Murad Arif telekanalları sərt tənqid edib. Yenilik.az-ın xəbərinə görə, M.Arif qeyd edib ki, Efirlər sanki pusqudadır, hansı divara ehtiyacını ödəyən bir gic, ağzının danışığını bilməyən, tərbiyyədən yanıq varsa, dərhal tapıb, MUSİQİ-ƏYLƏNCƏLİ adıyla xalqa təbliğ edirlər!

Ümumiyyətlə niyə ÇİRKİN ƏYLƏNCƏ həddi-miqdarının belə aşılmasına göz yumulur?
Niyə hər özəl kanal gün ərzində 12-15 saat, canlı yayımda "müğənni" danışdırır?
Niyə MÜĞƏNNİDƏN BAŞQA mövzu tapılmır, çəkməyə, danışmağa, göstərməyə?!
Bu qədər bacarıqsız kanalların ÇOXLUĞU nəyə xidmət edir?
Televizyonçuluq, jurnalistika, media-kontent dedikdə, "manıs" LAQQIRTISINDAN başqa nəsə təsəvvürünüzə gəlir ya yox?
Məqsəd nədir?
Bəsdirin də! 
MUSİQİLİ-ƏYLƏNCƏLİ saatlar azaldılsın!
Hər yetən, yerini azan aparıcı yaxud müğənni kimi evimizə, efirlərimizə soxulmasın! Qaytarın KLİP SAATLARINI, adamlar yaradıcılıqla məşğul olsun!
Efirin pulu yoxdursa, kanal "kanalizassiya" olmalıdır? Belə məntiq olur? "KANAL DOLANMALIDIR" düşüncəsiylə bunları niyə açırsınız dalbadal?! Niyə bu qədər çoxaldı bunlar?!
Bu çoxluq nəyi çoxaldır, görmürsünüzmü? 
Bəlkə bağlayasınız bu "tualetin qapısını"?! Bu üfunət zəngin mədəni irsimizə, zəfərimizə, dünya arenalarında iştirakımıza, ölkəmizin, şəhərimizin yarışlarına, tədbirlərinə, əzəmətinə, Azərbaycanın mövqeyinə yaraşırmı? 
Bir normal estrada müğənnisi klip saatı tapmır ki, öz MUSİQİSİNİ TƏBLİĞ etsin, bilirsiniz? Qonşu ölkələrdə, peykdə MUZTV, MCM, MTV, DREAM türk, POWER turk kimi klip kanallarına baxıb köks ötürürük... Niyə ölkəmizin KEYFİYYƏTLİ POP-MUSİQİ kanalı olmasın?!
Biz sənətçilər ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik! Bu verilişlərə çıxmaq normal sənətçi üçün ayıbdır e, ayıb... 
Mən özüm 20 il TV-də çalışmışam. Radio verilişlərimdə milli-pop təqdim etmişəm, SOLO-da sənətkarlarla sənətdən danışdım, QARAJ-da rok, alternativ musiqi, dünya musiqisi təbliğ etdim...
Abır vardı, həya vardı, "KOMMERÇESKİ" müğənniləri belə seçib-seçib, danışığına, görkəminə, aranjimanına baxıb efirə verərdik. Hanı o seçkinlik? Hanı o QIRMIZI XƏTT? Kanalların bədii şurası nooldu?!! Bu nə özbaşınalıqdır?
Ay Azərbaycan Respublikası Audiovizual Şurası, səsiniz gəlsin... 
Bu nə audiodur?
Bu nə vizualdır?
S.O.S."
Seçilən
0
2
yenilik.az

3Mənbələr