AZ

Piylənmə ağır yoluxucu xəstəlik riskini 70% artırır – Yeni araşdırma


Nüfuzlu elmi jurnal “The Lancet”də dərc olunan yeni araşdırma piylənmənin insan sağlamlığı üçün ciddi təhlükələrini bir daha ortaya qoyub.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələrinə görə, piylənmədən əziyyət çəkən şəxslərdə ağır yoluxucu xəstəliklərə tutulma riski normal çəkili insanlarla müqayisədə 70 faiz daha yüksəkdir.
Araşdırmada göstərilir ki, piylənmə qrip, COVID-19, pnevmoniya və qastroenterit kimi infeksiyalar zamanı xəstəxanaya yerləşdirmə və ölüm ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Tədqiqatın müəlliflərindən biri, Helsinki Universitetinin alimi Solja Nyberg bildirib ki, qlobal miqyasda piylənmə hallarının artması gələcəkdə yoluxucu xəstəliklərdən ölüm və hospitalizasiya hallarının da yüksəlməsinə səbəb olacaq.
“Bu riskləri azaltmaq üçün sağlam həyat tərzini təşviq edən siyasətlərə təcili ehtiyac var. Əlverişli və sağlam qidaya çıxış, eləcə də fiziki aktivlik imkanları genişləndirilməlidir,” – deyə Nyberg vurğulayıb.
Araşdırma çərçivəsində Finlandiyada 67 mindən çox, Böyük Britaniyada isə 470 mindən artıq yetkinin məlumatları təhlil edilib. İştirakçılar bədən kütlə indeksinə (BKİ) əsasən normal çəkili, artıq çəkili və piylənmə qruplarına bölünüb.
Tədqiqatın rəhbəri, London Universitet Kollecinin əməkdaşı Mika Kivimaki bildirib ki, əldə olunan nəticələr piylənmənin geniş spektrli yoluxucu xəstəliklər üçün ümumi risk faktoru olduğunu göstərir. Onun sözlərinə görə, piylənmə immun sisteminin bakteriya, virus və digər patogenlərə qarşı müdafiəsini zəiflədə bilər ki, bu da xəstəliklərin daha ağır keçməsinə səbəb olur.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr