Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyədə 10 yaşında olarkən 5 ay ərzində 250 fəlsəfə kitabı oxuduğunu deməsi ilə gündəmə gələn və bir vaxtlar internetdə ən çox axtarılan şəxslərdən olan Atakan Kayalar (ləqəbi ilə "Filosof Atakan") illər sonra yenidən kameralara tuş gəlib. Kafedə işçilərlə foto çəkdirən Atakanın saçlarını uzatdığı və xeyli arıqladığı diqqətdən qaçmayıb.
Milli.Az xəbər verir ki, 10 yaşında tanınan Atakanın hazırda 17 yaşı var. Aradan keçən illər onun xarici görünüşündə ciddi izlər qoyub.
Türkiyə ictimaiyyəti onu bir ticarət mərkəzində kitab rəfləri arasında fəlsəfi fikirlərini bölüşərkən çəkilən videosu ilə tanımışdı. Yaşına görə qeyri-adi mütaliə siyahısı və danışıq tərzi onu qısa müddətdə fenomenə çevirmişdi.
Atakan daha əvvəlki müsahibələrində gələcəkdə akademik fəaliyyətlə məşğul olmaq və fizika kimi dəqiq elmlər sahəsində irəliləmək istədiyini bildirmişdi.Lalə Qüdrətova
Milli.Az
.png)
.png)
.png)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.