AZ

Valdas Dambrauskas: “Bu, bizim üçün həyəcan siqnalı olmalıdır”

Apasport saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXI turunda "Sabah" "Kəpəz"i məğlub edib - 1:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandadan razı qaldım. Rəqibə daha çox təzyiq edirdik. Çox qol epizodu yaratdıq. 2-3 qol vuraraq qələbə qazana bilərdik. "Kəpəz" də bizə hücumlar edirdi. Biz bu günü unutmalıyıq. Sabahdan məşqlərimizə başlayıb növbəti oyun haqda düşünməliyik".

- Son 2 oyunda qələbə qazansanız da, çətinliklə bunu etdiniz. Bunu "Qarabağ"la matçöncəsi həyəcan siqnalı kimi qələmə vermək olar?

- Ola bilər bizim üçün həyəcan siqnalıdır. Amma neynəmək olar. Daha çox mübarizə aparmalıyıq və əlimizdən gələni etməliyik. 

- "Qarabağ"la matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Orada sizə çətin olacağını düşünürsüzmü?

- Biz istərdik ki, daha çox azarkeşlərimizi görək meydanda. Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır. Bəlkə də hava şəraitinə görədir, bilmirəm. Qarşıdakı oyunda istərdim ki, stadion tam dolsun.

“Neftçi” rəhbərliyi Banişevskinin məzarını ziyarət edib - FOTO

Abubakardan dubl, “ağlar”dan qələbə

“Sabah” hazırlıqları başa vurdu

Millimiz Belarusu məğlub edib

Füzuli Məmmədov: “Ağır məğlubiyyət oldu”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
apasport.az

7Mənbələr