Tbilisi, 22 fevral, AZƏRTAC
Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri və ATƏT Parlament Assambleyasındakı Daimi Nümayəndə Heyətinin rəhbəri Nikoloz Samxaradze Vyanada ATƏT PA-nın prezidenti Pere Joan Pons Sampietro ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı təhlükəsizlik və sülh məsələləri, Gürcüstanda davam edən daxili siyasi proseslər, o cümlədən bələdiyyə seçkilərindən sonrakı hadisələr müzakirə olunub. Həmçinin ATƏT Parlament Assambleyası nümayəndə heyətinin bu ilin yazında Gürcüstana planlaşdırılan səfəri ilə bağlı məsələ də gündəmə gətirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi