Misli Premyer Liqasının 21-ci turunda lider “Sabah” evdə “Kəpəz”lə qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Masazır təmsilçisi bu matçda çətin qələbə qazanıb.
Valdas Dambrauskasın komandası Kahim Parrisin 88-ci dəqiqədə vurduğu qolla 3 xalı aktivinə yazıb.
Bununla da “Sabah”la “Qarabağ” arasında xal fərqi 7-yə yüksəlib.
Qeyd edək ki, “Qarabağ” bir oyun az keçirib.