AZ

Siyarto: “Ukrayna bir şərti yerinə yetirməsə, Rusiyaya qarşı sanksiyaları bloklayacaq”

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkəsi Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq.

APA xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Sabah keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi planlaşdırılır. Macarıstan bunu bloklayacaq”, – deyə Siyarto qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna “Drujba” neft kəməri ilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyənədək Budapeşt Kiyev üçün vacib qərarların qəbuluna imkan verməyəcək.

Qeyd edək ki, əvvəlcə Razumkov Mərkəzinin enerji proqramlarının direktoru Volodimir Omelçenko Ukraynanın niyə daha əvvəl “Drujba” neft kəmərini ilə bağlı vəziyyəti izah edib. Onun sözlərinə görə, bu, korrupsiya amili və bazardakı ayrı-ayrı iri oyunçuların maraqları ilə bağlı ola bilər.

“Ukrayna heç bir halda “Drujba” neft kəməri vasitəsilə neft tədarükünü bərpa etməməlidir. Bununla biz düşmənə qazanc əldə etməyə imkan veririk. Faktiki olaraq, müharibə dövründə artıq ruslara 20 milyard avro qazanmaq imkanı yaratmışıq. Burada geosiyasət və iqtisadiyyat kəsişir”, – deyə Omelçenko bildirib.

Seçilən
12
5
apa.az

6Mənbələr