AZ

Azərbaycan Kubokunda “Gəncə” zəfəri: “Sabah” finalda məğlub oldu

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Basketbol üzrə Azərbaycan Kubokunun yeni sahibi müəyyənləşib. Turnirin həlledici final qarşılaşmasında ölkənin iki iddialı klubu - "Sabah" və "Gəncə" üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final matçı olduqca gərgin və dramatik mübarizəyə səhnə olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda daha dəqiq oynayan "Gəncə" basketbolçuları 89:82 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar. Bu, Gəncə təmsilçisinin ikinci kubokudur. 2023-cü ildə də komanda ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, ötən il keçirilən Azərbaycan Kubokunun qalibi "NTD" klubu olmuşdu. Beləliklə, "Gəncə" bu uğuru ilə titulu paytaxt təmsilçisindən təhvil alıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
icma.az

3Mənbələr