AZ

“Sabah” “Kəpəz” üzərində minimal hesablı qələbə qazanıb

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş tutub.

Yeniavaz.com xəbər verir ki, turun ikinci oyununda “Sabah” doğma meydanda “Kəpəz” ilə üz-üzə gəlib. Bank Respublika Arenada keçirilən görüş paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçın taleyini 88-ci dəqiqədə fərqlənən Kahim Parris həll edib. Bu nəticədən sonra xallarını 52-yə yüksəldən Bakı klubu turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. 13 xala malik Gəncə komandası isə 11-ci pillədə qərarlaşıb.

Turun digər oyunlarında “Şamaxı” ilə “İmişli” arasında qalib müəyyənləşməyib – 0:0. Bundan əvvəlki matçlarda “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” isə “Karvan-Yevlaxı” 2:0 hesabı ilə məğlub edib.

“Sumqayıt” – “Qəbələ” görüşündə qol qeydə alınmayıb. Tur çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr