AZ

İran Xameneinin ölümü halında plan hazırlayıb – KİV » AzadMedia.az


İranın ali rəhbəri Əli Xamenei ABŞ-la mümkün toqquşma zamanı qətlə yetiriləcəyi halda görüləcək tədbirlərlə bağlı plan hazırlanması barədə göstəriş verib. Bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Xamenei həmçinin ABŞ-la hərbi münaqişə baş verərsə, ölkənin idarəetmə sistemində mümkün pozuntulara qarşı hazırlıq görülməsini tapşırıb.
Bildirilir ki, hazırlıq prosesi Xameneinin etibarlı şəxslərindən ibarət dar çevrəyə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/KİRK) nümayəndələrinə həvalə olunub.
Əsas qərarların qəbulu isə parlamentin sabiq sədri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş Əli Laricaniyə tapşırılıb. Qəzetin yazdığına görə, son dövrlərdə onun təsiri daha da artıb. Hazırda o, İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda iştirak edir, daxili təhlükəsizlik məsələlərinə nəzarət edir və müttəfiqlərlə əlaqələri koordinasiya edir.
Bundan əlavə, İranın ali rəhbəri ölkədə onun ölümü nəticəsində yarana biləcək sabitsizlik halında dördədək mümkün müavin seçilməsi barədə də göstəriş verib.
Məlumata əsasən, Xamenei üç mümkün varis müəyyən edib, lakin onların adları hələ açıqlanmayıb. Qeyd olunur ki, Laricani həmin namizədlər sırasında yer almır.
Seçilən
15
azadmedia.az

1Mənbələr