AZ

"1 xal hər iki komandanın haqqı idi" - Ayxan Abbasov

Bu gün Misli Premyer Liqasında XXI tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, "İmişli" ev oyununda "Şamaxı"nı qəbul edib. Görüşdə hesab açılmayıb.

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:

"Çətin oyun olacağını bilirdik. Futbolçularım çox əziyyət çəkdilər. 1 xal hər iki komandanın haqqı idi. Epizodlar ancaq standart vəziyyətlərdən oldu. Danışmağa çox şey yoxdur. 2 oyundur qol buraxmamağımız sevindirici haldır. Bir çox oyunda ucuz qollar buraxmışıq. Davam edəcəyik. 3-cü dövrə çətin olacaq. Çalışacayıq ki, hazır olaq."

Seçilən
2
1
fanat.az

2Mənbələr