AZ

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ - Ucuz qiymətə satılır - FOTO

İspaniyada tamamilə tərk edilmiş bir kənd çox cəlbedici qiymətə satılır. 2021-ci ildə o, 200.000 avroya satılırdı, lakin indi qiymət 150.000 avroya endirilib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, qeyd olunur ki, bu Kosta-da-Morte sahilində yerləşən Kandelaqo kəndidir. Buradan möhtəşəm dəniz mənzərələri açılır. Qiymət endirimi ilə bir çox insan bu təklifə maraq göstərib.
 

"Kandelaqoda təxminən on ənənəvi daş ev, horreos (qida saxlamaq və konservləşdirmək üçün istifadə edilən Qalisiya taxıl anbarları) və cığırlar var. Kənd 1970-ci illərdə əhalisi azalmağa başladıqdan sonra uzun illər tərk edilib", - xəbərdə qeyd olunur.


Maraqlıdır ki, bu yaşayış məntəqəsindən cəmi bir neçə kilometr aralıda tarixi Rokundo mayakının və Kosta-da-Morte Müasir İncəsənət Muzeyinin yerləşdiyi balıqçılıq mərkəzi olan Korme kəndi yerləşir.

Bu gün Kandelago alıcı üçün böyük potensiala malikdir. Qeyd edilirr ki, bura özəl iqamətgah və ya turizm obyekti üçün yenidənqurma üçün ideal yerdir.




Bizim.Media

Seçilən
1
5
bizim.media

6Mənbələr