AZ

Filippo Makronun Bretona qarşı ABŞ sanksiyalarının ləğvi ilə bağlı müraciətini biabırçılıq adlandırıb

Fransanın “Patriotlar” partiyasının lideri Florian Philippot Fransa prezidenti Emmanuel Makronun amerikalı həmkarı Donald Trampa keçmiş Avropa Komissiyasının daxili bazar üzrə komissarı Thierry Bretona tətbiq edilən sanksiyaların ləğvi xahişi ilə müraciət etməsini biabırçılıq adlandırıb.

APA xəbər verir ki, bu barədə Filippo X sosial şəbəkəsində yazıb.

“Necə biabırçılıqdır”, – deyə o yazıb.

Bundan əvvəl La Tribune Dimanche qəzeti xəbər vermişdi ki, Makron ötən həftə Trampa məktub yazaraq bəzi Avropa vətəndaşlarına, o cümlədən Bretona və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nicolas Guilloua qarşı tətbiq olunan sanksiyaların ləğvini xahiş edib.

ABŞ Vaşinqtonun fikrincə, amerikalılara qarşı senzura tətbiq etmək cəhdlərində iştirak edən Breton və bir sıra digər şəxslərə viza məhdudiyyətləri tətbiq edib. Keçmiş avrokomissar xüsusilə internet platformalar üzərində nəzarəti əhəmiyyətli dərəcədə gücləndirən Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının ideoloji təşəbbüskarı kimi təqdim olunub.

Seçilən
11
1
apa.az

2Mənbələr