AZ

“Elit Star” Cəmilənin 30 il əvvəl AZTV dəki arxiv VİDEOsu

ain.az bildirir, Milli.az portalına istinadən.

"Elit Star" kimi tanınan müğənni Cəmilənin 30 il əvvələ aid arxiv görüntüləri sosial şəbəkələrdə yayılaraq maraq doğurub.

Milli.Az xəbər verir ki, kadrlar Azərbaycan Televiziyasının (AzTV) efirində yayımlanan həmin dövrün proqramlarından birinə aiddir. Görüntülərdə sənətçinin gənclik illərindəki çıxışı, səhnə tərzi və ifa üslubu əks olunub.

Videoda təkcə Cəmilə deyil, o illərin bir çox tanınmış aparıcı və aktyorları da yer alıb. Bu isə arxiv kadrlarına marağı daha da artırıb. Sosial media istifadəçiləri xüsusilə 90-cı illərin efir ab-havasını, studiya dekorasiyasını və aparıcıların üslubunu müzakirə ediblər.

Paylaşım qısa müddətdə geniş yayılıb və nostalji hisslər yaradıb. İzləyicilər sənətçinin illər ərzində dəyişimini müqayisə edərək müxtəlif rəylər bildiriblər.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr