Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
"Paris" klubu baş məşqçisi ilə yollarını ayırmağa hazırlaşır.
QOL.az xəbər verir ki, "Le Parisien" nəşrinin məlumatına görə, paytaxt təmsilçisinin hazırkı çalışdırıcısı Stefan Jill komandanın çempionatdakı uğursuz nəticələri fonunda istefaya göndəriləcək.
Artıq bir aydan çoxdur qələbə qazana bilməyən klubun Antuan Kombuareyə həvalə olunacağı gözlənilir. Yeni Kaledoniya əsilli mütəxəssis futbolçu karyerasının böyük hissəsini Fransada keçirib, məşqçi kimi isə "Valansyen", PSJ və "Nant"la müəyyən uğurlar qazanıb. O, sonuncu klubu ilə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, ötən mövsüm aşağı liqada mübarizə aparan "Paris" hazırda çempionatda 14-cü pillədə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.