AZ

Son illərdə İLK: Günəşdə ləkə qalmayıb

Hazırda Günəşdə heç bir tünd ləkə müşahidə edilmir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib. Laboratoriya özünün “Telegram” kanalında qeyd edib ki, Günəşdə hətta ən kiçik bir ləkə belə müşahidə edilmir. Hazırda Günəş  "heç bir xüsusiyyəti olmayan mükəmməl disk" kimi görünür.

Alimlər deyiblər ki, Günəş ləkələri bu ulduzun ayrılmaz hissəsidir və onun maqnit sahəsi səbəbindən yaranır. Tünd ləkələr ən yüksək maqnit axını konsentrasiyası olan ərazilərdə əmələ gəlir və onların tamamilə yox olması yalnız son dərəcə aşağı aktivlik zamanı baş verir.

Laboratoriya əlavə edib ki, Günəşin sonuncu dəfə bir ləkə olmadan görünməsi dörd ildən çox əvvəl, 11 dekabr 2021-ci ildə olub.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr