AZ

QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Vladimir Alekseyevə sui-qəsd cəhdinin araşdırılması zamanı Britaniya izi aşkarlanıb.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

“Biz birmənalı olaraq anlayırıq ki, sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır. Onların arxasında isə daha əvvəl dediyimiz kimi üçüncü ölkələr dayanır. Ukrayna kəşfiyyat xidmətləri Qərb kəşfiyyat xidmətlərinin nəzarəti altında və ya kurasiyasında fəaliyyət göstərir. Biz ilk növbədə burada Britaniya izlərini görürük. Ona görə də istintaq davam edir”, deyə FSB rəhbəri vurğulayıb.

Bortnikov həmçinin qeyd edib ki, Ukraynanın hücumlarına qarşı cavab tədbirləri görülür: “Biz baş verən hər şeyi diqqətlə izləyirik, əlbəttə ki, heç vaxt unutmayacağıq və bağışlamayacağıq”.

AzPost.az

Seçilən
0
4
azpost.info

5Mənbələr