AZ

Bu göbələk ölümə səbəb olur -

Avropa mənşəli və dünyada göbələk zəhərlənmələrindən qaynaqlanan ölümlərin təxminən 90 faizinə səbəb olduğu bildirilən “Ölüm mələyi” kimi tanınan Amanita phalloides göbələyinin Kaliforniyada yayılmış növlərinin sürətlə təkamül edərək daha güclü kimyəvi maddələr istehsal etdiyi müəyyən olunub.Metbuat.az xəbər verir ki, təbii yayılma arealı Avropa olan, lakin bu gün Amerika, Afrika və Avstraliyada da geniş yayılaraq invaziv növə çevrilən bu göbələk alimləri narahat etməyə davam edir. "University of Wisconsin–Madison" tərəfindən aparılan yeni araşdırma Kaliforniyadakı invaziv populyasiyaların Avropadakı əcdadları ilə müqayisədə genetik baxımdan daha təhlükəli hala gəldiyini ortaya qoyub.Araşdırmaya əsasən, 1930-cu illərdə ABŞ-yə yayılan bu göbələk növünün zəhər istehsalına cavabdeh olan genləri zamanla müxtəlifləşib. Alimlər daha əvvəl bütün zəhərli birləşmələrin müəyyən “amin turşusu ardıcıllığı” ilə formalaşdığını düşünürdü. Lakin Kaliforniyada yayılan nümunələrin bu qaydanı pozaraq Avropadakı analoqlarına nisbətən daha yüksək miqdarda və əvvəllər qeydə alınmayan yeni peptidlər istehsal etdiyi müəyyən edilib.Mütəxəssislər bildirirlər ki, göbələyin bu sürətli uyğunlaşma qabiliyyəti təkcə zəhərlilik səviyyəsini deyil, eyni zamanda yayılma sürətini də artırır. Qeyd olunur ki, Kaliforniya meşələrində bir ağacın altında 40-dan çox göbələyin toplu şəkildə bitməsi yerli növlərlə müqayisədə “qeyri-adi dərəcədə sıx” yayılma göstəricisidir.Yeni istehsal olunan kimyəvi maddələrin insan orqanizminə təsiri hələ tam öyrənilməsə də, tədqiqatçılar bu təkamülün göbələyin yeni mühitlərə uyğunlaşmasını asanlaşdırdığını düşünür.

Bildirilir ki, bu növ göbələyin cəmi bir ədədinin belə yetkin insan üçün ölümcül ola biləcək gücdə zəhər istehsal etməsi ekosistem üçün potensial təhlükəni daha da artırır.

Seçilən
0
50
metbuat.az

10Mənbələr