AZ

İt yaladı, qolları və ayaqları KƏSİLDİ - FOTO

Böyük Britaniyada qadın itlə oynadıqdan sonra onda sepsis əmələ gəlib və bu səbəbdən qolları və ayaqları amputasiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat verib.

Qeyd edilir ki, 52 yaşlı Mancit Sanqha 2025-ci ilin iyul ayında işdən evə qayıdarkən özünü pis hiss edib, ertəsi gün səhər isə onu huşsuz vəziyyətdə tapıblar.

Ərinin sözlərinə görə, qadının vəziyyəti sürətlə pisləşməyə davam edib. Əri, həmçinin bildirib ki, bir gün əvvəl qadın itlə oynayıb.
 

Qadın xəstəxanaya yerləşdirilib və təxminən səkkiz ay orada keçirib. Reanimasiya şöbəsində qaldığı müddətdə Sanqhanın altı dəfə ürəyi dayanıb. Vəziyyəti pisləşdikcə həkimlər onu xilas etmək üçün Sanqhanın hər iki ayağını və qolunu amputasiya ediblər. Bundan əlavə, qadın əlavə olaraq pnevmoniya olduğu üçün dalağı çıxarılıb, ona öd daşı diaqnozu qoyulub.


Qeyd olunur ki, həkimlərin fikrincə, qadında tamamilə zərərsiz bir şeydən sepsis yaranmış ola bilər. Məsələn, bu, it onunla oynayarkən bədənindəki kiçik bir cızığı yaladığı üçün baş vermiş ola bilər.

Xəstəxanadan çıxdıqdan sonra Sanqhanın özü bildirib ki, hələ də dörd əzasının amputasiyası ilə barışa bilməsə də, yenidən yeriməyi öyrənməyə və işə qayıtmağa qərarlıdır. (Oxu.az)


Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr