AZ

“McLaren” çətin vəziyyətlə üzləşib

"McLaren" komandası ötən mövsüm həm mühəndislər kubokunu, həm də Lando Norrisin sayəsində sürücülər çempionluğunu qazandıqdan sonra builki titullarını qorumaq kimi çətin tapşırıqla üz-üzədir. Komandanın rəhbəri Andrea Stella Lando Norris və Oskar Piastriyə MCL40 bolidindən maksimum performans almaq üçün lazım olan bütün alətləri təmin edəcəklərinə söz verib.

İdman.Biz xəbər verir ki, "McLaren" rəhbərliyi mövsümöncəsi testlərdən sonra bəzi mühüm məqamları vurğulayıb. Stella MCL40-ın etibarlılığından və hər dövrədə əldə edilən yeni məlumatlardan razı qaldıqlarını bildirib.

"Bolidin potensialını artıq aydın şəkildə dərk edirik. “Formula-1”in yeni dövrünə daxil olduğumuz bu mərhələdə aerodinamika, təkərlər və güc qurğusunun maksimallaşdırılması istiqamətində uğurlu sınaqlar keçirdik. Hər gün bolidin performansını bir qədər də artıra bilirik", - deyə Stella vurğulayıb.

Yeni reqlamentə əsasən, güc qurğularında edilən ciddi dəyişikliklər sürücülərin işini xeyli çətinləşdirib. Stella qeyd edib ki, bu mövsüm pilotların rolu daha həlledicidir:

"Sürücülərin bu mövsümkü rolu yeni qaydalar altında daha da çətinləşib. Biz Lando və Oskara performansın zirvəsinə çatmaq üçün hər cür dəstəyi verəcəyik. Onların dövrə vaxtını itirmədən güc qurğusunu idarə etməsi üçün mühərrik nəzarəti alətləri üzərində HPP (Yüksək Performanslı Güc Qurğuları) ilə sıx əməkdaşlığı davam etdirəcəyik".

İdman.Biz
Seçilən
16
1
idman.biz

2Mənbələr