AZ

“Zelenskini ya öldürəcəklər, ya da qaçacaq“: İlk günlərin şoku və dönüş“ “The Guardian“

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ukrayna bu gün də müqavimət göstərir və müharibə uzunmüddətli texnoloji qarşıdurmaya çevrilib..."

Həm Vaşinqton, həm də Moskva 2022-ci ilin fevralında Kiyevin tez çökəcəyini düşünürdü.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Qərbin gözləntisi

Rusiyanın 24 fevral 2022-ci ildə başlatdığı tammiqyaslı işğalın ilk günlərində həm Moskva, həm də Vaşinqton Vladimir Zelenskiyə ya öldürüləcəyini, ya da Kiyevi tərk edəcəyini ehtimal edirdi. Həmin vaxt ABŞ prezidenti Co Bayden təhlükəsizlik məqsədilə Zelenskiyə paytaxtı tərk etməyi tövsiyə etmişdi. Nəşr yazır ki, "Vaşinqton da, Moskva kimi, raketlər uçmağa başlayanda onun ya öldürüləcəyini, ya da qaçacağını düşünürdü". 

Lakin Vladimir Zelenskinin Kiyevdə qalması və ilk həftələrdə ardıcıl video müraciətləri Ukrayna cəmiyyətini səfərbər etdi və müqavimətin rəmzinə çevrildi. Bununla belə, ölkənin işğala hazırlıq səviyyəsi ilə bağlı müzakirələr səngimədi. Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş komandan Valeri Zalujnı hərbi vəziyyətin daha tez elan edilməli olduğunu demişdi. Digər təhlükəsizlik rəsmiləri isə açıq panikanın milyonlarla insanın ölkəni tərk etməsinə səbəb ola biləcəyini bildirirdilər.

Vaşinqtondakı "vida söhbəti" və son gecənin qərarları

İşğaldan iki gün əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba Vaşinqtonda ABŞ kəşfiyyatının təqdim etdiyi xəritələrdə Rusiya tanklarının sərhəd yaxınlığında mühərriklərini işə salaraq gözlədiyini görmüşdü. Onun sözlərinə görə, Co Baydenlə görüş "ölümcül diaqnoz qoyulmuş xəstə ilə həkimin söhbətini" xatırladırdı və Ağ evdən çıxarkən ABŞ prezidentinin sanki Ukrayna ilə vidalaşdığını hiss etmişdi.

Eyni vaxtda Ukrayna ordusunda son hazırlıqlar aparılırdı. Hərbi kəşfiyyatın rəhbəri Kiril Budanov Qostomel hava limanını ələ keçirilməsi planı barədə məlumat almış və müdafiə planları hazırlanmışdı. İşğal günü isə Kremlin rəhbəri Vladimir Putin Moskvada Pakistanın o zamankı baş naziri İmran Xan ilə planlaşdırılmış görüşünü ləğv etmədi. Mənbələrin bildirdiyinə görə, o, "narahat olma, hər şey bir neçə həftəyə bitəcək" demişdi.

2025-ci il: müharibədə mümkün dönüş nöqtəsi

Bu gün isə mənzərə dəyişir. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib ki, 2025-ci il müharibədə strateji dönüş ili ola bilər. Onun sözlərinə görə, ilk dəfə olaraq Rusiyanın itkiləri cəlb etdiyi yeni hərbçilərin sayını ötüb. Sırski vurğulayır ki, müharibə dalana dirənməyib və artıq yalnız quruda deyil, havada, dənizdə və texnoloji müstəvidə aparılır. Beləliklə, 2022-ci ilin fevralında bir neçə həftəyə çökəcəyi güman edilən Ukrayna bu gün də müqavimət göstərir və müharibə uzunmüddətli texnoloji qarşıdurmaya çevrilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
moderator.az

2Mənbələr