Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasındaköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirliyin XüsusiRiskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlbolunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşhalsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.