Cebheinfo saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin nüfuzlu nəşri “The New York Times” qəzeti Tehran və Vaşinqton arasında artan gərginlik fonunda İranın mümkün hərbi ssenarilərə qarşı daxili hazırlıq planlarını araşdırıb.
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ ilə qarşıdurma riskinin yüksəlməsi fonunda İran hakimiyyəti idarəetmə və müdafiə strukturunda mühüm dəyişikliklərə gedib.
Məlumata əsasən, İranın ali lideri Əli Xamenei müharibə şəraitində siyasi sistemin davamlılığını təmin etmək məqsədilə əlavə səlahiyyətləri Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.