AZ

ABŞ tezliklə Zelenski-Putin görüşünün olacağını gözləyir

Ukrayna ilə bağlı yeni danışıqlar raundu növbəti üç həftə ərzində baş tuta bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff ox News-a verdiyi müsahibədə deyib. Onun sözərinə görə, bu danışıqlar sonradan Ukrayna prezidenti Vladimir Zelenski və Vladimir Putin arasında görüşə səbəb olacaq: “Biz Caredlə (ABŞ prezidentinin kürəkəni Cared Kuşner – red) ümid edirəm ki, hər iki tərəfə növbəti üç həftə ərzində görüşə və hətta Zelenski ilə Prezident Putin arasında zirvə görüşünə gətirib çıxaracaq bəzi təkliflər təqdim etmişik. Nə vaxtsa bu, hətta ABŞ prezidenti ilə üçtərəfli görüşə də çevrilə bilər; görəcəyik. Düşünmürəm ki, o, buna son qoyub ən yaxşı nəticəni əldə edə biləcəyini başa düşməyincə görüşdə iştirak etmək istəyəcək”.

Vitkoff ümid etdiyini bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı “yaxın həftələrdə xoş xəbərlər gələcək”.

Seçilən
13
editor.az

1Mənbələr