AZ

​Saniyədə 469 min qazanır

Türkiyəli aktrisa Sıla Türkoğlu 32 saniyəlik reklam sayəsində sərvət sahibi olub. Metbuat.az Türkiyə KİV-nı istinadən xəbər verir ki, 26 yaşlı sənətçi çəkildiyi diş məcunu reklamına görə 15 milyon lirə (təxminən 600 min AZN) qonorar alıb. Kiçik riyazi hesablama nəticəsində Sılanın 1 saniyədə 469 min lirə qazandığı məlum olub.

Bu xəbər sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Minlərlə insan gənc aktrisaya bəxtəvərlik verib. "Sənin 1 saniyədə qazandığını mən bir ildə qazanmıram" məzmunlu şərh yazanların sayı-hesabı yoxdur.

Seçilən
12
metbuat.az

1Mənbələr