AZ

"Bavariya" "Liverpul"un oyunçusu uğrunda "Milan"la mübarizə aparacaq

"Liverpul"un mərkəz müdafiəçisi Co Qomez yay transfer pəncərəsində klubdan ayrıla bilər.

90deqiqe.Az-ın "CaughtOffside"yə  istinadən məlumatına görə, "Bavariya" və "Milan" 28 yaşlı futbolçu ilə maraqlanır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.

Qomezin müqaviləsinin bitməsinə cəmi bir il yarım qaldığı üçün, görünür, o, bu yay klubdan ayrılacaq. "Liverpul" daha gənc və daha bacarıqlı oyunçulara investisiya qoyaraq müdafiəsini yeniləməyə çalışır.

Bu mövsüm 2015-ci ildən "Liverpul"da olan Qomez bütün yarışlarda 19 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Transfermarkta görə, Qomezin dəyəri 15 milyon avrodur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr