AZ

Dünya Kuboku: İdmançımız qızıl medal qazandı

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan növbəti medallarını qazanıb.

News365.az xəbər verir ki, tamblinq gimnastikası üzrə gimnastımız Mixail Malkin və Tofiq Əliyev birinci və ikinci yerə layiq görülüblər.

Aktivinə 29 800 xal yazdıran Mixail Malkin qızıl, 29 300 xal toplayan Tofiq Əliyev isə gümüş medal qazanıb.

Bürünc medal isə 28 900 xal toplayan ABŞ gimnastı Fovler Vestin olub.

Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə fərdi proqramda çıxış edən gimnastımız Selcan Mahsudova gümüş medal qazanmışdı.

Seçilən
7
2
news365.az

3Mənbələr