ain.az bildirir, Qaynarinfo portalına istinadən.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff hesab edir ki, nə Ukrayna, nə də Rusiya bir-biri ilə müharibə aparmaq istəmir. Lakin sülh sazişinin imzalanması prosesi hələ də uzanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Uitkoff "Fox News” telekanalına müsahibəsində danışıb.
"Görünür, onlar bir-biri ilə döyüşmək istəmirlər və düşünmürəm ki, sülhü həqiqətən istəyirlər", deyə o qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi səviyyəsində razılaşmanın yekunlaşdırılması çətinlik yaradır. Bu isə hərbi əməliyyatların tezliklə dayandırılması perspektivlərini mürəkkəbləşdirir.
"Mən düşünürəm ki, rəhbərlik səviyyəsində razılaşmanın tamamlanması onlar üçün çətindir", deyə Uitkoff əlavə edib.
O, eyni müsahibədə yaxın həftələrdə Ukrayna və Rusiya ilə bağlı müsbət xəbərlərin ola biləcəyinə ümid etdiyini bildirib.
Uitkoff qeyd edib ki, özü və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tərəfindən müzakirəyə çıxarılan təkliflər Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşə gətirib çıxara bilər.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.