AZ

Nəriman Axundzadənin komandası MLS-ə məğlubiyyətlə başladı

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin çıxış edəcəyi ABŞ təmsilçisi “Kolambus Kryu” yeni mövsümə uğursuz start verib.

90deqiqe.Az xəbər verir ki, Ohayo klubu MLS-in müntəzəm çempionatının ilk turu çərçivəsində səfərdə “Portlend Timbers”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Gərgin və məhsuldar mübarizə şəraitində keçən görüşdə tərəflər azarkeşlərə beş qol təqdim ediblər. Lakin yekunda daha dəqiq oynayan Portlend təmsilçisi mövsümə üç xalla başlayıb. “Kolambus Kryu” isə ilk turdan xalsız ayrılıb.

Qeyd edək ki, Nəriman Axundzadə hələlik komandasına qoşulmayıb. 20 yaşlı hücumçu ABŞ vizasını aldıqdan sonra klubun düşərgəsinə qatılacaq. Azərbaycanlı futbolçu ilə 2029-cu ilədək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Xatırladaq ki, “Kolambus Kryu” ötən mövsüm MLS-də iddialı çıxışı ilə diqqət çəkmişdi və yeni çempionatda da yüksək hədəflər uğrunda mübarizə aparmağı planlaşdırır.

Seçilən
11
90deqiqe.az

1Mənbələr