AZ

Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir (VİDEO)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Lerikdə 6 kəndi birləşdirən yol bərbad vəziyyətdədir.

Sakinlər deyirlər ki, uzunluğu 9 kilometr olan Vizəzəmin, Peştətük, Cənginəvud, Kincivo, Kornadi, Sipiyereğon avtomobil yolu uzun illərdir təmir olunmur.

Xüsusilə yağıntılı günlərdə vəziyyət daha da çətinləşir.

Sakinlər deyirlər ki, yolun bu vəziyyəti övladlarının təhsilinə də mənfi təsir göstərir. Çünki uşaqları məktəbə aparıb-gətirmək çətinləşir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda Hamarmeşə-Bibiyani avtomobil yolunun təmiri davam edir, növbəti illərdə sözügedən yolun da dövlət proqramına daxil edilərək yenidən qurulması nəzərdə tutulur. //Xəzər TV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
qaynarinfo.az

3Mənbələr