AZ

Müharibə bitsə, pul da kəsiləcək Orbandan Kiyevə sərt sözlər

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna rəhbərliyinə və Avropanın müharibə siyasətinə qarşı növbəti sərt və sensasion bəyanatını yayıb.

"Ölkə.az" xəbər verir ki, o, Kiyevi müharibəni qəsdən uzatmaqda ittiham edib.

Orban özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, Ukraynanın hazırkı strategiyası sülhə deyil, döyüşlərin davam etməsinə yönəlib: "Ukraynanın planı müharibənin dayanmamasını təmin etməkdir. Çünki yaxşı bilirlər ki, müharibə bitsə, Ukraynanın maliyyələşdirilməsi də dərhal dayanacaq".

Macarıstan lideri iddia edib ki, Avropadakı ümumi hərbi ritorikaya rəğmən, bəzi ölkələr öz vətəndaşlarının maraqlarını hər şeydən üstün tutur: "Macarıstan, Çexiya və Slovakiyada hələ də sağlam düşüncə üstünlük təşkil edir. Biz başqasının müharibəsini maliyyələşdirmək üçün milyardlarla avronu havaya sovurub vətəndaşlarımızın ailələrinin gələcəyini riskə atmayacağıq".

Kiyevə və Brüsselə açıq meydan oxuma

Orbanın bu açıqlaması Aİ daxilində Ukraynaya növbəti yardım paketlərinin müzakirə edildiyi bir vaxtda ciddi rezonans doğurub. O, açıq şəkildə mesaj verib ki, Budapeşt "başqasının müharibəsi" hesab etdiyi bu münaqişəyə daha artıq vəsait ayrılmasına mane olmağa davam edəcək.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr