AZ

İran ABŞ ilə danışıqların növbəti mərhələsini mart ayına planlaşdırır

BAKI, 22 fevral. TELEQRAF

İran və ABŞ arasında dolayı danışıqlar mart ayında keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İranın yüksəkvəzifəli rəsmisi bildirib.

"Danışıqlar davam edir və müvəqqəti razılaşmanın əldə olunması ehtimalı var", - deyə o qeyd edib.

Rəsmi bildirib ki, Tehran və Vaşinqtonun İrana qarşı sanksiyaların ləğv edilməsi miqyası və mexanizmi ilə bağlı baxışları fərqlidir.

O həmçinin vurğulayıb ki, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin ixracı, onun qatılığının azaldılması və uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun yaradılması imkanlarını ciddi şəkildə nəzərdən keçirə bilər. Lakin rəsminin sözlərinə görə, bunun müqabilində İranın "uranı sülh məqsədilə zənginləşdirmək" hüququ mütləq şəkildə tanınmalıdır.

Seçilən
15
teleqraf.com

1Mənbələr