AZ

Hindistanda “IDFC First Bank” dövlət qurumlarının hesablarında 65 milyon dollarlıq dələduzluğu araşdırır

Hindistanın “IDFC First Bank” qrumu bəyan edib ki, yerli dövlət qurumlarının hesabları ilə bağlı bəzi əməkdaşların iştirakı ilə törədildiyi ehtimal olunan 65 milyon dollar məbləğində dələduzluğu araşdırır və bu barədə polisə məlumat verib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bombay Stock Exchange birjasına təqdim etdiyi açıqlamada bank bildirib ki, ölkənin şimalındakı Haryana ştat hökumətinə bağlı bəzi qurumların hesablarında 5,9 milyard rupi məbləğində uyğunsuzluq aşkarlanıb.

Mumbayda yerləşən orta ölçülü özəl bank Çandigarh şəhərindəki filialının dörd əməkdaşını “icazəsiz və saxta fəaliyyətlərlə bağlı insident” üzrə aparılan araşdırma müddətində vəzifədən uzaqlaşdırdığını açıqlayıb.

Ötən il Warburg Pincus və Abu Dhabi Investment Authority kimi investorların sərmayə yatırdığı bank hadisənin araşdırılması üçün müstəqil qurum təyin edəcəyini və polisə rəsmi şikayət təqdim etdiyini bildirib.

Haryana ştat hökuməti və polis bazar günü şərh sorğularına dərhal cavab verməyib.

Bankın məlumatına görə, uyğunsuzluq dövlət qurumları hesabların bağlanmasını tələb etdikdə aşkarlanıb və tərəflərin iddia etdiyi məbləğlər üst-üstə düşməyib.

Seçilən
16
1
apa.az

2Mənbələr