AZ

Selcan Mahsudova: Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm".

Oxu.Az xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda fərdi proqram üzrə gümüş medal qazandıqdan sonra deyib.

O bu nəticə ilə şəxsi rekordunu yenilədiyini bildirib:

"Bu nəticə gələcək yarışlara stimulumu daha da artırır. Növbəti il Niderlandda keçiriləcək Dünya Kubokunda nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam".

O, qardaşı, batut gimnastika üzrə Azərbaycan millisinin üzvü Maqsud Mahsudov barədə də fikirlərini bölüşüb:

"Qardaşımın da medal qazanacağını gözləyirdim. Məşqlərdə daha yaxşı nəticələr göstərsə də, təəssüf ki, yarışda alınmadı. Amma bu son deyil onun hələ 19 yaşı var. Bu gün daha iki proqram üzrə çıxış edəcək".

O, qardaşı ilə birgə batut gimnastikası üzrə sinxron proqramda birgə çıxışları barədə də danışıb:

"Ölkəmizi bacı-qardaş olaraq təmsil etməyimizdən qürur duyuram. Ailəmiz də bizimlə fəxr edir".

"Avropa çempionatı üzrə mənim maraqlı nəticələrim var. Birinci dəfə altı, ikinci dəfə beş, üçüncü dəfə dördüncü yeri tutmuşam. Bu dəfə də yəqin üçüncü yerdə olaram. Bu ilin aprel ayında keçiriləcək Avropa Çempionatında 100 faiz medal qazanacağımıza inanırıq", - deyə Selcan Mahsudova bildirib.

Qeyd edək ki, batut gimnastikası üzrə fərqi proqramda çıxışı edən Maqsud Mahsudov ümumi nəticəyə əsasən beşinci yer tutub.

Murad Nəsimi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
oxu.az

1Mənbələr