Oyun qurucusu Kris Pol sosial şəbəkə hesabında karyerasını bitirdiyini elan edib.
"Football-plus.az" xəbər verir ki,“Nyu-Orlean”ın 2005-ci il draftında 4 nömrə altında seçdiyi 40 yaşlı amerikalı MBA-da 2005-26 aralığında oynayıb. O, adı çəkilən komanda ilə yanaşı, “Klippers”, “Hyuston”, “Oklahoma-Siti”, “Finiks”, “Qolden Steyt” və “San-Antonio”nun da şərəfini qoruyub. 2025/25 mövsümündə “Klippers”lə “Toronto” arasında dəyiş-düyüş olunub, ancaq “Reptorz”un heyətində bir oyun da keçirməyib.
Pol karyerası boyunca 12 dəfə Ulduzların oyununda iştirak edib, 2013-də həmin oyunun ən dəyərli basketbolçusu sayılıb. MBA-da mövsümün yekunlarına görə tərtib olunan rəmzi yığmaya 11 dəfə düşüb, 6 dəfə məhsuldar ötürmə və top ələkeçirmə sayına görə mövsümün lideri olub.
Yalnız Con Stoktona (15806) uduzan Pol MBA tarixində məhsuldar ötürmələrin sayına (12552) görə 2-ci yeri tutur.
Pol həmçinin top ələkeçirmədə (2728) də Stoktondan (3265) sonra ikincidi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta