AZ

Pentaqondan şok "hava körpüsü": ABŞ İrana böyük raket zərbəsinə hazırlaşır?

ABŞ ordusunun son 24 saat ərzində həyata keçirdiyi kütləvi hərbi daşınmalar Yaxın Şərqdə böyük müharibənin anonsu kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı 10 ədəd C-17A Globemaster III strateji hərbi-nəqliyyat təyyarəsi eyni vaxtda Avropa istiqamətində uçuş həyata keçirib.

Turkustan.az xəbər verir ki, uçuşların böyük hissəsi ABŞ-ın Texas ştatındakı ən iri hərbi bazası olan Fort-Huddan (hazırkı adı Fort-Kavazos) başlayıb. Bu hərbi bazada "Patriot" və "THAAD" kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş 69-cu HHM briqadasının yerləşdiyi məlumdur. Müşahidəçilər hesab edirlər ki, bu təyyarələr İrana qarşı gözlənilən mümkün əməliyyat ərəfəsində Yaxın Şərqə əlavə müdafiə sistemləri daşıyır.

İrana zərbə hazırlığı: Döyüş sursatları daşınır

Müxtəlif hərbi mənbələrin və "OSINT" analitiklərinin iddiasına görə, təyyarələrdə yalnız müdafiə sistemləri deyil, həm də qırıcı təyyarələr üçün nəzərdə tutulmuş böyük həcmdə döyüş sursatları var. Bu logistik hərəkətlilik ABŞ-ın İrandakı nüvə və hərbi hədəflərə qarşı genişmiqyaslı hava-raket zərbəsi endirməyə tam hazırlaşdığının göstəricisi kimi qəbul edilir.

Hazırda ABŞ-ın regiondakı hərbi gücü 2003-cü il İraq müharibəsindən bəri ən yüksək həddə çatıb. "Gerald Ford" aviadaşıyıcı qrupunun da bölgəyə çatması ilə Tramp administrasiyasının Tehrana qarşı "həlledici zərbə" üçün bütün hazırlıqları başa çatdırdığı bildirilir./Musavat.com

Seçilən
0
2
turkustan.az

3Mənbələr