AZ

Bu səhnə Türkiyəni “SİLKƏLƏDİ”: “Bezmişik...”

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Star TV"də yayımlanan "Sevdiğim sensin" serialında nümayiş etdirilən bir səhnə tamaşaçılar arasında narazılıq doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sözügedən serialda kənddən şəhərə gələn gənc qız obrazının eskalatorun nə olduğunu bilməməsi və ona minmək istəməməsi bir çox izləyici tərəfindən qeyri-real və alçaldıcı kimi qiymətləndirilib.

Məsələ Mihalqazi bələdiyyə başçısı Zeynep Güneşin geyimi ilə bağlı tənqid və hədəfə alınması hadisəsindən sonra baş verdiyi üçün daha da həssas qarşılanıb. Tamaşaçılar hesab edirlər ki, bu cür səhnələr cəmiyyətdə müəyyən təbəqələrə qarşı stereotipləri gücləndirir.

Sosial mediada yazılan bəzi rəylərdə bildirilib:

"Bu yaşda bir qızın indiki dövrdə bu qədər cahil olması mümkün deyil. Bu tip seriallardan bezmişik".

"Bu, skandal deyil, sadəcə ölkə bunu sevir".

"Bu tip seriallardan bezmişik".

"Bu dövrün kəndlisi səni susuz aparıb, susuz gətirər". /Musavat.com

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
news.milli.az

3Mənbələr