Bakı. Trend:
ABŞ İranın uranın zənginləşdirilməsindən imtina etməsində israredir. Bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətti"dir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusinümayəndəsi Stiven Uitkoff bildirib.
"Biz ora getməzdən əvvəl, [ABŞ Prezidenti Donald Tramp] mənə vəCared [Kuşnerə] göstərişlər verdi, qırmızı xətlər göstərdi -zənginləşdirməyə ehtiyac yoxdur, bütün materialları götürməliyik",- deyə o qeyd edib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi iddia edib ki, bir həftəərzində Tehran nüvə bombası yaratmaq üçün lazım olan səviyyəyəqədər zənginləşdirilmiş urana sahib olacaq. O əlavə edib ki, ABŞprezidenti İranın təzyiqə və və ABŞ hərbi qüvvələrinin Yaxın Şərqəyerləşdirilməsinə baxmayaraq "təslim olmaq istəməməsi"təəccüblənir.