AZ

“Neftçi” Banişevskini unutmadı

Sabah Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 80 illiyi tamam olur.
Msport.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Neftçi” klubunun baş icraçı direktoru Cenk Sümer, baş məşqçi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Banişevskinin İkinci Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.
“Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” klubunun ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur” – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib. Mərhumun həyat yoldaşı İnna Banişevskaya Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.
media-638297610_18564771727046079_4215224607845287132_n
media-640363013_18564771736046079_4292043111788399272_n
Seçilən
29
8
msport.az

9Mənbələr