AZ

Rayan Qarsiya WBC üzrə dünya çempionu oldu

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Paradays şəhərində peşəkar boks gecəsi baş tutub. Tədbirin əsas hadisəsi yarımyüngül çəki dərəcəsində WBC dünya çempionu titulu uğrunda keçirilən Rayan Qarsiya və Mario Barrios arasındakı döyüş olub.

İdman.Biz xəbər verir ki, 12 raund davam edən qarşılaşma Rayan Qarsiyanın qələbəsi ilə yekunlaşıb. Hakimlərin yekdil qərarı ilə qalib gələn Qarsiya bütün raundlarda rəqibindən üstün olduğunu sübut edib. Bundan əlavə, amerikalı boksçu döyüş ərzində rəqibini bir dəfə nokdauna salmağı da bacarıb.

27 yaşlı Qarsiya üçün bu qələbə karyerasındakı növbəti böyük uğurdur. Peşəkar rinqdə debütünü 2016-cı ildə edən idmançı, 2021-ci ildə yüngül çəkidə müvəqqəti WBC titulunu qazanıb. O, 2023-cü ildən etibarən yarımyüngül çəki dərəcəsində mübarizə aparır.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr