AZ

Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkarlanıb

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Liviya və Yunanıstanın Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkar edilib.

"Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Liviya polisi ölkənin paytaxtı Tripoli yaxınlığında sahilyanı ərazidə beş nəfərin meyitini tapıb. Onlardan ikisi qadındır.

Meyitlər Tripolinin qərbindəki Zuvara şəhəri sahillərində rezin qayığın batmasından bir neçə həftə sonra aşkarlanıb. Həmin hadisə nəticəsində 53 miqrant həlak olub və ya itkin düşüb. Ölənlərdən ikisi körpə olub.

Yunanıstan hakimiyyəti miqrantları daşıyan taxta qayığın batması nəticəsində Krit sahillərində üç nəfərin həlak olduğunu bildirib. Onların əksəriyyəti Sudan və Misir vətəndaşlarıdır.

Qeyd olunub ki, hər iki halda ölü sayı arta bilər.

Hər il minlərlə insan Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya qapı sayılan Krit adasına keçməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ildə Avropada sığınacaq axtaran 16 770-dən çox insan Kritə keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
azpolitika.info

6Mənbələr