AZ

Lvovda partlayışlar: Xəsarət alanların sayı 24-ə çatdı - VİDEO

Bazar gecəsi Lvovda baş verən partlayışlar nəticəsində xəsarət alanların sayı 24 nəfərə yüksəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
 

Bildirilib ki, saat 00:30 radələrində 102 xüsusi xəttinə Danylışina küçəsində yerləşən mağazaya naməlum şəxslərin daxil olması barədə məlumat daxil olub. Hadisə yerinə patrul polisi əməkdaşları gəldikdən sonra partlayış baş verib. Qısa müddət sonra ikinci patrul heyəti hadisə yerinə çatarkən daha bir partlayış qeydə alınıb.


İlkin məlumata görə, partlayışlara əldəqayırma partlayıcı qurğuların detonasiyası səbəb olub. Nəticədə 23 yaşlı polis əməkdaşı həlak olub. Patrul xidmətinə məxsus avtomobilə və bir mülki nəqliyyat vasitəsinə ziyan dəyib. Yaralılara tibbi yardım göstərilir.

Polisin məlumatına əsasən, həlak olan 23 yaşlı polis əməkdaşı Viktoriya Şpilka olub.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün hallarını və təşkilində iştirak edən şəxsləri müəyyənləşdirir. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb.





Bizim.Media

Seçilən
13
13
bizim.media

10Mənbələr