AZ

Çin yeni nüvə silahı növü hazırlayır

ABŞ kəşfiyyat qurumları Çinin nüvə arsenalının modernləşdirilməsi çərçivəsində yeni nəsil nüvə silahı hazırladığını və ən azı bir sınaq həyata keçirdiyini düşünür.

Azreform.info xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər yayıb.

Bildirilir ki, nüvə arsenalına yatırılan sərmayələr nəticəsində Çin aparıcı nüvə dövlətlərinin malik olmadığı bəzi texniki imkanlar əldə edə bilər.

Məlumata əsasən, 2020-ci ilin iyununda ölkənin şimal-qərbində yerləşən Lop-Nur sınaq poliqonunda test keçirilib.

ABŞ kəşfiyyatının qənaətinə görə, həmin sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq planı ilə əlaqəli olub.

Seçilən
0
2
azreform.info

3Mənbələr