AZ

Avstraliyanın hərbi gəmisi Tayvan boğazını keçib

Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin gəmisi Tayvan boğazından keçib.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

"Anzac" sinifli freqat olan "Toowoomba" Hind-Sakit okeanı zonasında regional iştirak üçün Tayvan boğazından planlı keçid həyata keçirib. "Xarici gəmi və təyyarələrlə bütün qarşılıqlı əlaqələr təhlükəsiz və peşəkar olub", - o bildirib.

Öz növbəsində, Çin qəzeti "Global Times" ölkənin silahlı qüvvələrindəki mənbəyə istinadən xəbər verib ki, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) gəminin bütün tranzit marşrutu boyunca tam izləmə və monitorinq aparıb.

Xatırladaq ki, dekabr ayının sonunda ÇXAO-nun aviasiya, hərbi-dəniz və raket bölmələri genişmiqyaslı "Ədalət missiyası 2025" təlimləri üçün Tayvan boğazına daxil olub. Hərbiçilərin bəyanatında deyilir ki, manevrlər separatçı və xarici qüvvələrə sərt xəbərdarlıq olub.

Seçilən
1
3
far.az

4Mənbələr