AZ

Musialadan tarixi rekord

“Bavariya” Almaniya çempionatının XXIII turunda evdə “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Pavloviç vurub.

Qonaqların heyətində Burkardt və Kalimuendo fərqləniblər. Matçda həmçinin “Bavariya”nın hücuma meyilli yarımmüdafiəçisi Camal Musiala da iştirak edərək Bundesliqadakı 100-cü qələbəsini qazanıb.

Alman futbolçu turnir tarixində bu mərhələyə çatan ən gənc oyunçu olub. Rekord zamanı onun 22 yaşı (360 gün) olub.

Seçilən
0
1
msport.az

3Mənbələr