Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.
Bizim.Media xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta