"Efirlər sanki pusqudadır, hansı divara ehtiyacını ödəyən bir gic, ağzının danışığını bilməyən, tərbiyədən yanıq varsa, dərhal tapıb, musiqi-əyləncəli adıyla xalqa təbliğ edirlər!".
Redaktor.az xəbər verir ki, bunu aparıcı-müğənni Murad Arif deyib. O, son zamanlar efirlərə yol tapan bayağı müğənnilərə görə cavabdeh qurumları ittiham edib.
"Ümumiyyətlə niyə çirkin əyləncə həddi-miqdarının belə aşılmasına göz yumulur? Niyə hər özəl kanal gün ərzində 12-15 saat, canlı yayımda "müğənni" danışdırır Niyə müğənnidən başqa mövzu tapılmır, çəkməyə, danışmağa, göstərməyə?! Bu qədər bacarıqsız kanalların çoxluğu nəyə xidmət edir? Hər yetən, yerini azan aparıcı yaxud müğənni kimi evimizə, efirlərimizə soxulmasın! Qaytarın klip saatlarını, adamlar yaradıcılıqla məşğul olsun! Bəlkə bağlayasınız bu "tualetin qapısını"?! Bu üfunət zəngin mədəni irsimizə, zəfərimizə, dünya arenalarında iştirakımıza, ölkəmizin, şəhərimizin yarışlarına, tədbirlərinə, əzəmətinə, Azərbaycanın mövqeyinə yaraşırmı? Biz sənətçilər ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik! Bu verilişlərə çıxmaq normal sənətçi üçün ayıbdır. Hanı o qırmızı xətt? Kanalların bədii şurası noldu?!! Bu nə özbaşınalıqdır?", - deyə Murad Arif qeyd edib.