AZ

Kanalları övladımızla izləyə bilmirik, xəcalət çəkirik Video

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərdəki mövcud vəziyyətlə bağlı narazılığını dilə gətirib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda ölkə rəhbərliyinə və sənət adamlarına müraciət edib:

“Bu videonu çəkməkdə bir məqsədim var. Mən bu günə qədər şəraitimə, fəxri ada, nə də başqa titula görə heç bir zaman ölkə başçımıza müraciət etməmişəm. Amma efirdəki bugünkü vəziyyətə görə məcburam, bu, bizi uçuruma aparır.

Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri və sənət adamları da baxırlar. Mənə bunu dəfələrlə deyiblər.

Azərbaycan musiqisinə ləkə gətirən insanlar haqqında çox hörmətli cənab Prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevaya, mədəniyyət nazirimiz Adil Kərimliyə müraciət etmək istəyirəm.

Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm, bugünkü verilişlərdə olan biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu, bir biabırçılıqdır.

Verilişlərin 90 faizində ailələrdən, hansısa oxuyanın ailəsinin dağılmasından, həyat yoldaşına corab geyindirməsindən, bədən şəkilləndirmədən və bədən haqqında danışırlar. Yəni ki, çox biabırçılıqlar baş verir.

Mən bütün sənətkarlara müraciət edirəm. Əməkdar və Xalq artistləri, Şərəf və Şöhrət ordenli sənətkarlar, bu adlar sizə dövlət tərəfindən verilib Siz Azərbaycan musiqisinə qulluq edirsiniz, onu göylərə qaldırırsınız. Allah sizdən razı olsun. Ancaq bu müraciəti siz də edin. Prezidentimizdən və Mehriban xanımdan çox xahiş edirəm, bununla ciddi məşğul olun. Biz bu biabırçılıqdan qurtulmaq istəyirik.

Heç bir kanalı açıb övladımızla izləyə bilmirik, baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizlik və əxlaqsızlıq baş verir. Səhər verilişlərinə baxsanız görərsiniz, davalar, söyüşlər, tənqidlər... Bir çox kanallarda yaxşı verilişlər də var.

Bir neçə gündür ki, bu hadisələr mənim əsəbimi çox pozub. Sənətkarlara fəxri adlar Azərbaycan musiqisini qoruyub saxlamaq üçün verilib. Yeri gələndə danışmalısınız. Sizdən xahiş edirəm, danışın, nə vaxta qədər susacaqsınız?!".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
axsam.az

1Mənbələr