AZ

Britaniyalı nazirin bu addımı Ukrayna münaqişəsini bitirə bilər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın müdafiə naziri Con Gilliam Ukraynaya Britaniya qoşunları göndərmək istəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə  “The Telegraph” qəzeti məlumat yayıb.

Nazir iddia edir ki, bu addım münaqişənin sonuna işarə edəcək.

Gili vurğulayıb ki, istənilən müdafiə naziri və ya hökumət üçün xaricdəki əməliyyatlara silahlı qüvvələr göndərməkdən daha böyük bir çətinlik yoxdur. Bununla belə, o, belə bir addım atmağa hazır olduğunu qeyd edib.

“Mən Britaniya qoşunlarını Ukraynaya göndərən müdafiə naziri olmaq istəyirəm, çünki bu, döyüşlərin nəhayət bitəcəyi və Ukraynada danışıqlar yolu ilə sülhə nail olduğumuz anlamına gələcək. Güclü, suveren Ukrayna təhlükəsiz Avropa üçün vacibdir”, – deyə Con vurğulayıb.

Gili həmçinin hesab edir ki, Ukraynadakı münaqişə 2026-cı ildə bitməlidir.

O, həmçinin vurğulayıb ki, bu il London Kiyevə bütün tarixində ən böyük hərbi dəstək verəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr