AZ

Diş ağrısını 1 dəqiqəyə kəsən üsul

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Diş əti ağrısı kiçik həssaslıqla başlasa da, laqeyd qaldıqda gündəlik həyatı dözülməz edir. Dişlərin həddindən artıq sərt fırçalanması və ya yanlış fırça seçimi damaqlarda mikro travmalara yol açır. Bu cür hallarda ev şəraitində tətbiq olunan sadə üsullar iltihabı azaldır və rahatlıq gətirir.Demokrat.az xəbər verir ki, ən sınanmış üsullardan biri ilıq duzlu su ilə qarqara etməkdir. Bir stəkan suya əlavə edilən bir qaşıq duz ağız boşluğundakı bakteriyaların çoxalmasının qarşısını alır. Duzlu su şişkinliyi endirir və mikrob yükünü azaldaraq ağrını yüngülləşdirir. Gündə iki dəfə müntəzəm tətbiq edildikdə damaqdakı həssaslıq nəzərəçarpacaq dərəcədə azalır.Bitki çaylarının paketləri də damaq problemlərində xilaskar rolunu oynayır. Qara və yaşıl çayın tərkibindəki maddələr toxumaları büzərək qanamanı dayandırır. Dəmlənmiş çay paketini ilıq halda ağrıyan nahiyəyə beş dəfə təmas etdirmək iltihabı yatırır. Xüsusilə yüngül qanamalı həssaslıqlarda bu üsul daha effektiv nəticə verir.Təbii ağrıkəsici xüsusiyyəti ilə tanınan mixək isə damaqdakı uyuşdurucu təsiri ilə seçilir. Toz halındakı mixəyi bir az su ilə qarışdırıb ağrıyan hissəyə sürtmək olar. Lakin ağrı günlərlə davam edərsə və ya artarsa, mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmayan damaq xəstəlikləri diş itkisinə səbəb ola bilər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr